“İki sahil” qəzeti “reuters.com” saytına istinadən xəbər verir ki, Norveçin “Statoil” şirkəti Meksikada Salina hövzəsində ilk quyunun qazma işlərinə 2018-ci ildən başlayacaq. Məlumatı şirkətin kəşfiyyat üzrə rəhbəri Tim Dodson “Reuters” agentliyinə açıqlayıb.
Xatırladaq ki, “Statoil” sözügedən hövzədə “bp” və “Total” şirkətləri ilə birlikdə kəşfiyyat sahəsini bu həftənin bazar ertəsi keçirilən tenderdə əldə edib.
“Biz harada qazma işlərinə başlayacağımızla bağlı detallı tədqiqat aparmalıyıq. Sərhəd ərazi olduğundan xəritələşdirmə işləri uzun çəkə bilər”,-deyə Tim Dodson bildirib.
O, “Statoil” şirkətinin qlobal qazma kampaniyası ilə bağlı başqa bir məlumat verməkdən imtina edib.