07 dekabr 2016 23:37
390

Bellfield əyalətində neft sızması baş verib

“İki Sahil” grandforksherald.com saytına istinadən xəbər verir ki, boru xəttində yaranan problem neftin Bellfield əyalətinin şimal-şərqinə axması ilə nəticələnib. Şimali Dakotanın Səhiyyə Departamenti artıq nümayəndə heyətini sızma baş verən əraziyə göndərib.

Dakota agentliyinin verdiyi məlumata görə, sızma dekabrın 5-i baş verib və sızma Ash Couli körfəzinə qədər çatıb. Agentlik həmçinin boru xəttində sızmanın hansı səbəbdən baş verdiyinin və nə qədər neftin itkiyə çevrildiyinin məlum olmadığını elan edib. Dakotanın Səhiyyə Departamenti hələ ki, bu barədə heç bir məlumat vermir.