İngiltərənin “British Gas” enerji şirkəti təxminən 5,7 milyon dollar cərimə olunub.
AZƏRTAC xəbər verir ki, buna səbəb şirkətin 2014-cü ilin aprel ayında müştərilərinə təqdim etdiyi müasir elektrik sayğaclarının problemli olmasıdır.
“British Gas” həmin vəsaiti “Carbon Trust” vətəndaş cəmiyyəti təşkilatına köçürəcək. Bunun nəticəsində isə müəssisələrin enerji səmərəliliyi ilə enerji qənaəti üzrə tədbirlər görüləcək.
Qərardan sonra “British Gas”ın sahibi olan “Centrica”nın səhmlərinin qiyməti 1,1 faiz artıb.