İsrail ölkənin dəniz sektorundakı “Karish” və “Tanin” yataqlarının satışını təsdiq edib.
AZƏRTAC xəbər verir ki, İsrailin Neft Şurası ölkənin dəniz sektorundakı “Karish” və “Tanin” yataqlarının Yunanıstanın “Energean” şirkətinə satışını təsdiqləyib.
“Energean”ın avqust ayında “Karish” və “Tanin” yataqlarını almaq üçün şuraya etdiyi müraciəti təsdiq olunub. Şirkət həmin yataqlara görə İsrailə 148 milyon dollar ödəyəcək. İki qaz yatağında ümumilikdə 60 milyard kubmetr qaz ehtiyatı olduğu bildirilir. “Karish” və “Tanin”dən ilk qaz hasilatının 2020-ci ildə başlanılması nəzərdə tutulur.