Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatını azaltmaq barədə qərarına dəstək verən Rusiya ölkədəki neft şirkətləri tərəfindən hasilatı azaltmaq barədə sərəncam verməyəcək.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Arkadi Dvorkoviç deyib. O bildirib ki, Rusiya hökuməti neft şirkətlərinə hasilatı azaltmağa dair sərəncam verməyəcək.
“Hökumətin Rusiya neft şirkətlərindən hasilatı azaltmaq tələbi yoxdur. Bu istiqamətdə bizə imkanlar verən hər hansı beynəlxalq saziş də yoxdur”.
Qeyd edək ki, “LUKOIL” şirkəti hökumət tərəfindən hasilatın azaldılmasına dair sərəncam verməsi təklifi ilə çıxış etmişdi.
Rusiyanın energetika naziri Aleksandr Novak isə ölkənin neft şirkətlərinin yüksək səviyyəli rəhbərləri ilə keçirdiyi müşavirədə şirkətlərə istehsalı azaltma barədə razılığa gəlmələri çağırışı etmişdi.