09 dekabr 2016 20:14
339

Anton Siluanov: Rusiya gələn il neft satışından 15 milyard dollar gəlir əldə edilə bilər

Xam neftin qiymətinin 50 dollar səviyyəsində davam edəcəyi təqdirdə Rusiya 2017-ci il büdcəsi üçün 1 trilyon rublluq (təxminən 15 milyard dollar) əlavə gəlir əldə edə bilər.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.

“Xam neftin qiyməti 50 dollar səviyyələrinə yüksəlib. Qiymətin bu səviyyələrdə qalacağı təqdirdə Rusiya büdcəsinə gələn il 1 trilyon rubl əlavə gəlir daxil olacaq”, - deyə A.Siluanov bildirib.

Nazir, həmin gəlirin büdcə xərcləri və ehtiyatlar arasında bərabər şəkildə bölüşdürməyi planlaşdırdıqlarını qeyd edib.