09 dekabr 2016 20:24
502

Venesuela ilə İran razılığa gəliblər

Venesuela və İran qlobal bazarda qiymət strategiyasını müəyyən etmək üçün gələn ilin birinci rübündə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə qeyri-OPEC ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşünün keçirilməsi barədə razılığa gəliblər.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bu barədə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro deyib.

“Mən İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə dedim ki, gəlin birgə neft bazarı və qiymətlər üzrə yeni mexanizmin yaradılması üçün 2017-ci ilin birinci rübündə OPEC ölkələri ilə qeyri-OPEC ölkələrinin dövlət və hökumət başçılarının görüşünü keçirək. Biz bu barədə razılığa gəldik. Görüşə qeyri-OPEC ölkələrinin dövlət başçılarını dəvət edək”, - deyə N.Maduro bildirib.