09 dekabr 2016 21:52
475

“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində bu il ARDNF-ə 4,5 milyard dollar vəsait daxil olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il dekabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 121 milyard 586 milyon ABŞ dolları gəlir əldə edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-dekabr aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 4 milyard 577 milyon dollar vəsait daxil olub.