19 mart 2026 18:28
113

Bu qurumlara məxsus maşınlar satışa çıxarılacaq

Azərbaycanda iki nazirlik və icra hakimiyyətlərinə məxsus maşınlar satışa çıxarılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) məlumat verilib.

Bildirilib ki, hərrac mayın 5-i saat 10:00-da keçiriləcək.

Belə ki, hərracda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyinin, eləcə də "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Sanitariya-Karantin Mərkəzi" PHŞ-a məxsus bir neçə nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Hərrac günü sifarişçilərin hərrac zalına daxil olmaq üçün qeydiyyatı saat 09:45-dək aparılır.

Həmin nəqliyyat vasitələrinin ümumi siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.