“Günəşli” yatağındakı 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündə 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2925-2887 metr intervaldan sutkalıq 106 ton neft və 20000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.