Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Mentorluq Proqramı çərçivəsində V "Yüksəliş" müsabiqəsinin qalibləri Elnur Mirzəzadə və Fərid Mustafayev ilə ilk görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın prezidenti "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Görüşdə qabaqcıl idarəetmə təcrübələri, liderlik bacarıqlarının inkişafı və innovativ yanaşmaları müzakirə etdik. Eyni zamanda qaliblərin birillik fərdi inkişaf planı, karyera hədəfləri və peşəkar istiqamətləri üzrə qarşılıqlı fikir mübadiləsi apardıq",- deyə o, qeyd edib.
Mentorluq Proqramı çərçivəsində V “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Mirzəzadə və Fərid Mustafayev ilə ilk görüşümüzü keçirdik.
— Rovshan Najaf (@RovshanNajaf) April 10, 2026
Görüşdə qabaqcıl idarəetmə təcrübələri, liderlik bacarıqlarının inkişafı və innovativ yanaşmaları müzakirə etdik. Eyni zamanda qaliblərin birillik… pic.twitter.com/YSOqWNw74v
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb