Dekabrın 14-də İmişli rayonunun Qaradonlu kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. “Azəriqaz”İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki,250 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 091 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 25 063 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 250 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Hazırda İmişli rayonunun daha 7 kəndində (Qaravəlili, Mirili, Çahar, Gövhərli,Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Tədbirdə çıxış edən sakinlər yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.