18 aprel 2026 15:06
137

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qubada ağacəkmə aksiyası keçirilib

18 aprel 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazidə ağacəkmə aksiyası keçirilmişdir.

İki sahil” xəbər verir ki, aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının kollektivləri, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, RİHB-nin İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji tarazlığın bərpasına töhfə verilməsi və gənc nəslin təbiətə qayğı ruhunda tərbiyə olunmasıdır.

Aydın Adıgözəlov, Quba,

"İki sahil"in Şimal bürosundan