15 dekabr 2016 19:16
374

11 ayda Azərbaycandakı magistral neft kəmərləri ilə 40,2 milyon ton neft nəql edilib

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 40 milyon 249,8 min ton neft nəql olunub. Nəqletmənin 76,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 30 milyon 936,9 min ton neft ötürülüb. 11 ayda BTC ilə 4,1 milyon ton tranzit neft də nəql edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.