Rusiyanın “Transneft” şirkətinin prezidenti Nikolay Tokarev hazırda ölkəsinin neft ixracını azaltmağı planlamadığını bəyan edib. Tokarev bu fikirləri Moskvada Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşündən sonra mətbuata açıqlamasında bildirib.
OPEC ilə əldə olunan razılığın neft hasilatının azaldılmasına istiqamətləndiyini vurğulayan Tokarev bildirib ki, hasilatı azaltma qərarının Rusiyanın neft ixracatının azaldılmasına birbaşa təsiri olmayacaq. Həmçinin “Transneft”in prezidenti Rusiyanın neft hasilatını gələn ilin mart ayına qədər gündəlik 200 barrel azaltmağı planladığını bildirib: “2017-ci ilin aprel ayına qədər isə toplam hasilatı 300 min barrel səviyyəsində azaldacağıq.
Rusiyanın digər bir neft şirkəti “Lukoil”in vitse-prezidenti Ravil Maqanov isə ölkənin neft şirkətlərinin ölkənin toplam neft hasilatındakı payları müqabilində hasilatı azaldacaqlarını qeyd edib.
Xatırladaq ki, noyabrın 29-da keçirilənVyana toplantısında OPEC-ə üzv olan ölkələrin gündəlik neft hasilatını 1,2 milyon barrel azaldaraq 32,5 milyon barrel səviyyəsində saxlamaq qərara alınmışdı. Həmin ərəfədə Rusiyanın energetika naziri Aleksandr Novak OPEC-in Vyanada əldə olunan razılaşmanı yerinə yetirdiyi təqdirdə, gündəlik 11,2 milyon barrellik neft hasilatını 300 min barrel azaldacaqlarını bildirmişdi.
Həmidağa Məcidov, “İki sahil”