Xam neftin qiymətindəki bahalaşma təbii qazın qiymətinə də təsir edəcək.
AZƏRTAC “Rossiya 24”ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib.
O bildirib ki, son dövrdə neft sektorunda alınan qərarlar təbii qazın qiymətlərində də artıma səbəb olacaq. Gələn ilin ilk rübündə Avropaya ixrac ediləcək təbii qazın qiyməti 2016-cı ilə görə daha yüksək olacaq.
Ukrayna üzərindən Avropaya göndərilən təbii qaz məsələsini də dəyərləndirən A.Miller gələn qış Avropa və Türkiyəyə təbii qaz nəqlində mühüm risklərin olduğunu deyib.
Qeyd edək ki, Avropa təbii qaza olan tələbatının təxminən 15 faizini, Türkiyə isə təxminən 30 faizini Ukraynadan keçən boru kəmərləri ilə Rusiyadan idxal edir.