Türkiyənin ilk üzən mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) stansiyası ildə 5 milyard kubmetr qaz istehsal edəcək.
AZƏRTAC xəbər verir ki, Türkiyənin ilk üzən LNG Saxlanma və Qazlaşdırma kompleksi üzrə işlərə başlanılıb. Hazırda İzmirin Əliağa rayonunda “M/T GDF Suez Neptune” adlı LNG gəmisi üzrə sınaq işləri aparılır.
Gəmi 2009-cu ildə inşa edilib, 283 metr uzunluğu və 43 metr eni var.