19 dekabr 2016 14:50
312

“Baker Hughes”: ABŞ-dakı aktiv neft-qaz quyuları 640-a çatır

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 23 ədəd artaraq 637-yə çatıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 12 ədəd artaraq 510, qaz quyularının sayı 1 ədəd artaraq 126, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 30 ədəd, qaz quyularının sayı 42, ümumilikdə isə neft-qaz quyularının sayı 72 ədəd azalıb.