Nigeriyadakı neft boru kəmərləri və obyektlərinə təşkil edilən hücumlar 3 milyard dollarlıq zərərə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Nigeriya Milli Neft Şirkətinin (NNPC) baş direktoru Maikanti Baru deyib.
O bildirib ki, Nigeriyanın cənub-qərbindəki Niger deltası bölgəsində bu il təkcə Nigeriya Milli Neft Şirkətinin boru kəmərlərinə 59 hücum təşkil edilib.
Nigeriyalıları milli sərvətlərini qorumağa dəvət edən M.Baru deyib: “Silahlı qrupların Niger deltası bölgəsindəki hücumları dövlət büdcəsini 3 milyard dollar zərərə uğradıb. Təhlükəsizliyi təmin edərək milli sərvətlərimizi qoruyub saxlamadan vətəndaşlarımız naminə bir irəliləyiş əldə edə bilməyəcəyik”.