Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə başlanılıb.
AAYDA-dan “İki sahil”ə bildirilib ki, selin təsiri nəticəsində yolun zədələnmiş hissəsinin bərpası üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.
Hazırda ərazidə qazıntı işləri aparılır, fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək və nəqliyyat əlaqəsini tam bərpa etməkdir.
Eyni zamanda, selin yarada biləcəyi risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.
Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır
Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir
Keyfiyyətli və təhlükəsiz dərman təminatı: Nəzarət mexanizmləri necə təkmilləşdirilir?