Laqeyd ailə mühiti uşaqlarda emosional boşluq və dəyərsizlik hissi yaradır. Bu uşaqlar diqqət və sevgi ehtiyacını fərqli, bəzən də neqativ yollarla ödəməyə çalışırlar. Həddindən artıq sərt tərbiyə isə qorxu və daimi gərginlik fonunda böyüməyə səbəb olur. Belə uşaqlar ya həddindən artıq itaətkar, ya da üsyankar və aqressiv olurlar. Öz fikrini ifadə etməkdə çətinlik çəkirlər və özgüvən problemi yaşayırlar.

Bunu “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva “İki sahil”ə özəl müsahibəsində diqqətə çatdırıb.
O, qeyd edib ki, perspektivdə bu, münasibətlər qurmaqda çətinlik və emosional sabitsizlik yarada bilər. Hər iki halda uşağın psixoloji təhlükəsizlik hissi zədələnir. Sağlam inkişaf üçün balanslı və anlayışlı yanaşma vacibdir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Muxtar respublikada vətəndaşların rifahının daha da yüksəldilməsi əsas vəzifələrdən biridir
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında dövlətçilik və Azərbaycanın tarixi inkişaf yolu
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA