08 iyun 2026 15:21
52

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müraciət edib - VİDEO

Piyada keçidinin yaxınlığında çoxzolaqlı yolu keçməyə çalışan piyada hadisə yerində öldü

“İki sahil” xəbər verir ki, iyunun 6-sı axşam saatlarında Sabunçu rayonu Heydər Əliyev prospekti, "Sabunçu" körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyadanı minik avtomobili vurub.

Bu qəza baş verməyə bilərdimi?

Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər.
 Sürücülər isə sükan arxasında yola diqqət yetirməli, sürət həddinə əməl etməlidirlər.