11 iyun 2026 11:09
100

Yanvar-may aylarında DSMF-nin xərcləri 316 milyon manat artaraq 3 milyard 440 milyon manat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-may aylarında proqnozla müqayisədə 9 faiz və ya 307 milyon manat çox olmaqla 3 milyard 676 milyon manat təşkil edib.“İki sahil” xəbər verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 167 milyon manat artaraq 2 milyard 815 milyon manat olub. Bu ilin 5 ayında DSMF-nin xərcləri isə 3 milyard 440 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 316 milyon manat çoxdur.