11 iyun 2026 21:38
99

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var

Beyləqan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə saat 19 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Toyota" və "Renault" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 nəfər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.