ABŞ Silahlı Qüvvələri müvafiq şərait yaradılacağı təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsini 30 gün ərzində həyata keçirə bilər.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset "CBS News" telekanalına müsahibəsində deyib.
"Müvafiq şərait olduqda biz bütün bunları 30 gün ərzində edə bilərik", - o, müvafiq suala cavabında qeyd edib.