15 iyun 2026 19:50
90

Avropa Komissiyası Fransaya hərbi kredit verəcək

Avropa Komissiyası Fransaya Avropa SAFE proqramı çərçivəsində 15 milyard avroluq hərbi kredit verəcək.

“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib.

"Çərşənbə günü Fransa ilə 15 milyard avroluq kredit müqaviləsi imzalayacağıq. Güclü hərbi sənayesi sayəsində Fransa Avropa təhlükəsizliyi üçün əsas ölkədir. SAFE ölkələrə hərbi imkanlarını gücləndirməyə, hərbi-sənaye potensiallarını dəstəkləməyə və Ukraynaya kömək etmək qabiliyyətlərini gücləndirməyə kömək edəcək", - deyə Aİ prezidenti bildirib.