Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Camal Hamadenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, görüş zamanı agentliyin fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina problemi, habelə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.
Görüşdə humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
A.Quliyev: Bu gün artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb
BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil - Gülnar Rzayeva