Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2026-cı ilin yanvar-may aylarında 3,4 milyon müraciət edilib. “İki sahil” xəbər verir ki, qeyd edilən dövrdə 123 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 327 min elektron arayış verilib. Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 168 milyon olub.
A.Quliyev: Bu gün artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb
BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil - Gülnar Rzayeva
Beynəlxalq Astronavtika Konqresində kosmik texnologiyaların təhsilə inteqrasiyası müzakirə olunur