Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi Ağdam şəhərində daha bir qrup sakin üçün peşə hazırlığı kursuna başlayıb. “İki sahil” xəbər verir ki, kursda müdavimlərə tikişçi peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müasir istehsalat proseslərinə uyğun bacarıqlar öyrədilir. Onlar peşə hazırlığı kursunu bitirdikdən sonra Ağdamda fəaliyyətə başlayacaq “Komfy” MMC-də müvafiq işlə təmin olunacaqlar.Məqsəd regionda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması, işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələmələrinə dəstək göstərməkdir.
A.Quliyev: Bu gün artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb
BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil - Gülnar Rzayeva
Beynəlxalq Astronavtika Konqresində kosmik texnologiyaların təhsilə inteqrasiyası müzakirə olunur