20 iyun 2026 21:34
112

Milli Məclisin üzvü Xanlar Fətiyev Bərdə rayonunda  vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə–Tərtər seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib. “İki sahil” xəbər verir ki, qəbul Bərdə rayonunun Böyük Göyüşlü və Bala Göyüşlü kəndlərində və Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasında keçirilib. 

Qəbuldan öncə Millət vəkili Xanlar Fətiyev Böyük Göyüşlü və Bala Göyüşlü kəndlərində şəhidlərin xatirəsinə salınmış  komplekslərin önünə tər güllər düzərək bütün şəhidlərin xatirəsini ehtiramla yad edib. 

Qəbul-görüşdə  vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən sosial və məişət məsələləri ilə bağlı müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qisminin yerindəcə həlli
 üçün müvafiq addımlar atılıb, digər müraciətlər isə nəzarətə götürülüb.

Qəbul- görüş zamanı vətəndaşların müraciəti ilə Millət vəkili Xanlar Fətiyev  Böyük Göyüşlü kənd körpələr evi -usaq bağçasında olub, oradakı vəziyyətlə tanış olub, buradakı müəyyən çətinliklərin həllində kömək edib.

Qəbul-görüsdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya iştirak edib. 

Vətəndaşlar keçirilən qəbul-görüşdən razı qaldıqlarını bildirərək, ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.