Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) daha bir Mükəmməllik Sertifikatına layiq görülüb.
“İki sahil” xəbər verir ki, BSTA-nın 133-cü iclasında iştirak etmək üçün İsveçrənın Cenevrə şəhərində səfərdə olan DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyevin Assosiasiyanın Prezidenti Dr. Mohammed Azman və Baş katibi Marselo Abi-Ramia Kaetano ilə görüşü zamanı Sertifikat ona təqdim edilib. Fondun fəaliyyət sahələrində son ilər aparılan sosial islahatların uğurlu nəticələri müstəqil ekspertlər tərəfindən təhlil olunaraq yüksək qiymətləndirilib. Təqdim edilən Sertifikat da Fondun risklərin effektiv idarə edilməsi, ictimai etimadın doğruldulması sahəsində fəaliyyətinin, göstərdiyi xidmətlərin sosial təminat üzrə dünya standartlarına tam uyğunluğunu sübut edir.
Bu mükafat son beş ildə DSMF-nin layiq görüldüyü 83-cü beynəlxalq mükafatdır.
Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil - Gülnar Rzayeva
Beynəlxalq Astronavtika Konqresində kosmik texnologiyaların təhsilə inteqrasiyası müzakirə olunur
ETİHİ Respublika Komitəsi bölgələrdə müəllimləri peşə bayramı münasibətilə təbrik edib