İyunun 24-də elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək “Birincilərin birincisi” adına layiq görülən şagirdlərlə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş zamanı olimpiadaçılar beynəlxalq yarışlara hazırlıq prosesi, əldə etdikləri nailiyyətlər və gələcək hədəfləri barədə danışıblar. Elm və təhsil naziri Emin Əmrullayev şagirdləri qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edərək onların uğurlarını ölkənin intellektual potensialının və təhsil sistemində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm göstəricilərindən biri kimi qiymətləndirib. Nazir qeyd edib ki, yerli və beynəlxalq olimpiadalarda əldə olunan nəticələr Azərbaycan gənclərinin elmə, tədqiqata və bilik yarışlarına marağının ildən-ilə artdığını nümayiş etdirir. Görüşdə olimpiada hərəkatının inkişafı, istedadlı şagirdlərin dəstəklənməsi və onların gələcək akademik inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda xatirə şəkli çəkdirilib.
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Məzahir Əfəndiyev Ağdaşda məktəbləri ziyarət edib, təhsil işçiləri, ziyalılarla görüşlər keçirib
Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib