30 iyun 2026 15:45
117

"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitabı təqdimatı olub

"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitabın təqdimat mərasimi olub.

“İki sahil” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları və ictimai-siyası xadimlər iştirak edib.

Sözügedən kitabın müəllifi Aslan Aslanovdur.

Qeyd edək ki, Aslan Aslanov Ulu Öndər Heydar Əliyevin 1993-2003-cü illərdə keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib.

Kitaba Aslan Aslanovun həmin tədbirlərdən mətbuat üçün hazırladığı informasiyalar daxil edilib, həmçinin müəllifin həmin görüşlərə dair xatirələri, düşüncələri verilib.

Kitabda Heydər Əliyevin siyasi fəaliyyəti, 1993-1995-ci illərdə ölkədə baş verən hadisələr işıqlandırılıb. ("Report")