Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi şəhəri və Xocalı rayon sakinləri üçün yeni peşə hazırlığı kursuna başlayıb. “İki sahil” xəbər verir ki, kurs Xankədidə fəaliyyət göstərən “GP Safety” MMC-nin bazasında təşkil olunub. Müdavimlərə tikiş avadanlıqlarının operatoru peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müvafiq istehsalat bacarıqları aşılanır. Kursu uğurla bitirənlər işlə təmin olunacaqlar.
Məqsəd azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması, işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələmələrinə dəstək göstərməkdir.