07 iyul 2026 10:25
101

Allahşükür Paşazadə I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində çıxış edib - FOTO

İyulun 7-də Özbəkistann paytaxtı Daşkənddə keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimi baş tutdu.

“İki sahil” xəbər verir ki,  əvvəlcə Qurandan ayələr oxunub, forumun keçirildiyi İslam Sivilizasiya Mərkəzi haqqında məlumat xarakterli film nümayiş olunub. Daha sonra Öazbəkistan prezidenti Şavkat Mirziyoyevin forum iştirakçılarına məktubu oxundu. Açılış mərasimində çıxış edən Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə əvvəlcə Azərbaycan Respublikası Prezidentinin forum iştirakçılarına xoş arzularını çatdırdı. Bütün Qafqazın Şeyxi Azərbaycanla Özbəkistanın islam dünyasına əsrlərboyu verdiyi töhfələrdən danışdı: “Bu gün toplaşdığımız İslam Sivilizasiyası Mərkəzi dünya miqyaslı elm, din məbədi, İslam mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi töhfələrin ən yüksək, müasir texnoloji səviyyədə sərgiləndiyi müzey mərkəzi, süni intellektin imkanlarından istifadəyə örnək olan və rekordlar kitabına salınmış məkandır. İslam Sivilizasiya Mərkəzinin ideya müəllifi və yaradıcısı dərin siyasi təfəkkür sahibi və müqəddəs dinimizin bəşəri əhəmiyyətli mötədil dəyərlərinə dərin ehtiramı ilə seçilən görkəmli şəxsiyyət, müdrik dövlət lideri – Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənablarıdır. Necə ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizin əsasında duran İslam dininin ümumbəşəri əhəmiyyətinə, sülhsevər mahiyyətinə önəm verən, dilindən, dinindən asılı olmayaraq insan həmrəyliyi ideyaları yönündə əməli səylər göstərən dövlət başçımız - Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları müqəddəs dinimiz İslamın və ümmətin mənafelərini dünyanın ən mötəbər xitabət kürsülərində ardıcıl müdafiə edən, İslamofobiya təzahürlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirən müdrik siyasi liderdir.’’

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşzadə Türk Dövlətləri Təşkilatı müstəvisində müsəlman dini liderlər olaraq dövlət başçılarının mədəni-mənəvi sahədə bütün səy və əməllərinin gerçəkləşməsinə öz töhfələrini verməkdən məmnunluq duyduğunu xüsusi olaraq vurğuladı. Bu ilin sentyabr ayında Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilat dini liderlərinin 7-ci görüşündən danışan Allahşükür Paşazadə görüş çərçivəsində İslam mütəfəkkiri – Seyyid Yəhya Bakuvinin irsinə dair Beynəlxalq konfransın da keçiriləcəyi barədə məlumat verdi.

Qeyd edək ki, I Beynəlxalq İslam Sivilizasiyası Forumu 7-11 iyul tarixlərində Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara şəhərində keçirilir. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təskilatının (ISESCO) Bas Direktoru Salim M. Al Malik və Özbəkistan İslam Sivilizasiyasi Mərkəzinin direktoru Firdavs Abdulxalikovun dəvəti əsasında Bütün Qafqazın Şeyxi Allahşkür Paşazadə forumda iştirak edir.