09 iyul 2026 18:28
87

İspaniyalı nazir Trampa belə cavab verdi

İspaniyanın Sosial Hüquqlar, İstehlak və 2030 Gündəliyi naziri Pablo Bustinduy ABŞ Prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq ölkəsinin başqalarının göstərişlərini yerinə yetirmək niyyətində olmadığını bildirib.

“İki sahil” xəbər verir ki,  İspaniyanın "El Mundo" qəzetinin yaydığı məlumata görə, nazir ölkəsinin müstəqil mövqeyini kəskin şəkildə ifadə edib: "İspaniya heç kimin nökəri deyil və heç kim bizə öyüd-nəsihət verməməlidir. Ölkəmiz suverəndir və öz prioritetlərini müəyyən etmək üçün tam azadlığa sahibdir".

İspaniyalı nazir bu sərt bəyanatla Donald Trampın İspaniya ilə ticarət əlaqələrini kəsmək və iki ölkə arasındakı rəsmi səfərləri dayandırmaq barədə səsləndirdiyi çağırışları şərh edib.

İki müttəfiq ölkə arasında gərginliyin pərdəarxası məqamları da diqqət çəkir. Belə ki, bundan əvvəl "Politico" nəşri amerikalı bir məmura istinadən məlumat yaymışdı ki, Tramp administrasiyası embarqo tətbiq edilə biləcək İspaniya mallarının xüsusi siyahısını hazırlayır.