09 iyul 2026 22:16
82

Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq

Yaxın günlərdə ABŞ Ukraynaya PAC-3 zenit raketləri tədarük edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin sualını cavablandırarkən bildirib.

"Yaxın günlərdə biz ABŞ-dən bir partiya alacağıq, eyni zamanda mənim avropalılarla ayrıca razılaşmalarım olub (Ankarada keçirilən NATO sammiti çərçivəsində - red.). Orada hələlik konkret müddətlər yoxdur, lakin əlavə PAC-3-lər olacaq", – Ukrayna lideri dəqiqləşdirib.

Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampa Ukraynaya "Patriot" istehsalı üçün lisenziyanın verilməsi ilə bağlı müsbət qərara görə təşəkkür edib. "Biz bu məsələni prezident və onun nümayəndə heyəti ilə ətraflı müzakirə etdik. Prezident Tramp dəfələrlə vurğulayıb ki, bu gün dünyada "Patriot"u iki-üç ölkə istehsal edə bilər, çünki qalanları texnoloji cəhətdən buna hazır deyil. Ukrayna Amerika tərəfindən bunu etməyə hazır ölkə kimi tanınıb", - o qeyd edib.