11 iyul 2026 01:14
90

Bakıda boks üzrə IBA Çempionlar Gecəsinə yekun vurulub

Bakıda boks üzrə IBA Çempionlar Gecəsi keçirilib.

“İki sahil” xəbər verir ki, ilk dəfə “Sea Breeze Resort”da təşkil olunan yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutub.

Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunublar. 47,6 kiloqramda dünya çempionu Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gəlib. Döyüş təmsilçimizin qələbəsi ilə bitib.

Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kiloqram) Səidcəmşid Cəfərov (72,6 kiloqram) müvafiq olaraq Nurtas Ajbenov (Qazaxıstan) və Nikolay Veselov (Belarus) ilə qarşılaşıblar və döyüşdən qalib ayrılıblar.

Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kiloqram) Xurşidbek Rasuljonovla (Özbəkistan), Dünya Kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kiloqram) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayıb. Bu qarşılaşmalar heç-heçə ilə nəticələnib.