24 iyul 2026 14:08
112

ABŞ və Danimarka Qrenlandiya sazişini yaxın aylarda yekunlaşdıra bilər

ABŞ və Danimarka diplomatları Qrenlandiya ətrafındakı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə artıq ən azı beş raund danışıqlar keçiriblər və tərəflər arasında saziş yaxın aylarda əldə oluna bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" nəşrinin köşe yazarı Devid İqneyşus məlumat verib.

Məlumata görə, tərəflər Danimarkanın suverenliyini və yerli Qrenlandiya hökumətinin hüquqlarını təhlükə altına atmadan Vaşinqtona adadakı hərbi iştirakını genişləndirməyə imkan verəcək kompromis sənəd üzərində işləyirlər. ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı gələcəkdə hərbi bazalarını yerləşdirmək istədiyi üç məkanı artıq müəyyənləşdirib.

"Biz bir-birimizin 'qırmızı xətlərinin' haradan keçdiyini yaxşı anlayırıq," — deyə danışıqların gedişindən xəbərdar olan mənbə xəbər verib.

Qrenlandiya muxtar ərazi hüququ ilə Danimarkanın tərkibinə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsindəki müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın Müdafiəsi haqqında Müqavilə imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı ehtimal olunan təcavüzdən qorumaq öhdəliyini üzərinə götürüb.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, milli və regional təhlükəsizliyin təmin edilməsi üçün Birləşmiş Ştatların Qrenlandiyaya ehtiyacı var.