24 iyul 2026 15:13
100

Britaniyada 100-dən çox milyonçu hökumətə müraciət edib

Böyük Britaniyada 120-yə yaxın milyoner hökumətə müraciət edərək onlar üçün vergilərin artırılmasını xahiş edib.

“İki sahil” xəbər verir ki,  "Patriotic Millionaires UK" təşkilatının məlumatına görə, imkanlı şəxslər müvafiq məktubu ölkənin yeni baş naziri Endi Börnemə ünvanlayıblar.

Müraciəti imzalayanlar arasında İngiltərə milli futbol komandasının keçmiş kapitanı Hari Lineker, musiqiçi Brayan İno, "Greggs" kafelər şəbəkəsinin keçmiş rəhbəri İen Qreqq və yazıçı Vel Makdermid kimi tanınmış simalar yer alıb.

"Biz sizdən bizə vergi qoymağınızı istəyirik. Bizim buna gücümüz çatır. Biz hər gün durub dolanışığını təmin etmək üçün işə gedənlərin deyil, məhz ən varlıların — gəliri kapitalı hesabına formalaşanların vergilərinin artırılmasından bəhs edirik," — deyə məktubda vurğulanır.

Müraciət müəlliflərinin sözlərinə görə, sorğuda iştirak edən milyonerlərin 75%-i Britaniyada fəxr etdikləri dəyərləri qorumaq naminə özləri üçün vergilərin artırılmasını dəstəkləyir. İmzalanan sənəddə qeyd olunur ki, yalnız azlıq teşkil edən müəyyən qrup "köhnəlmiş iqtisadi təfəkkürə" sadiq qalır və ya "hər qəpiyindən ümidsizcəsinə yapışır".