24 iyul 2026 15:21
95

Çin Avropa İttifaqının 14 şirkətinə qarşı ixrac məhdudiyyətləri tətbiq edib

Çin Ticarət Nazirliyi Avropa İttifaqı (Aİ) ərazisində qeydiyyatdan keçmiş 14 şirkəti ixrac nəzarəti siyahısına daxil edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yayılıb.

Bu qərar Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi və Çinin 15 şirkətinin də düşdüyü 21-ci sanksiyalar paketinə cavab addımı olub.

"Milli təhlükəsizliyin, ölkə maraqlarının qorunması və beynəlxalq öhdəliklərin, o cümlədən kütləvi qırğın silahlarının yayılmaması tədbirlərinin yerinə yetirilməsi məqsədilə bu subyektləri ixrac nəzarəti siyahısına əlavə etmək qərarına gəldik," — deyə nazirliyin rəsmi saytında bildirilir.

Nazirlik ixracatçılara sözügedən şirkətlərə ikili təyinatlı malların tədarükünü qadağan edib. Xarici təşkilatlara və fiziki şəxslərə də bu tipli Çin mənşəli malları həmin şirkətlərə ötürmək qadağandır. Bəyanatda vurğulanır ki, məhdudiyyət altına düşən şirkətlərlə hazırda yürütülən bütün cari əməliyyatlar dərhal dayandırılmalıdır.