NATO komandanlığı Ukraynadakı silahlı münaqişəyə oxşar pilotsuz uçuş aparatları (PUA) müharibəsinə hazırlıq işləri aparır.
“İki sahil” xəbər verir ki, bu barədə "Business Insider" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksus Qrinkeviç alyansın "müasir döyüş əməliyyatlarına" hazır olduğunu bildirib.
"Düşünürəm ki, cavab belədir: biz buna hazırıq," - deyə o, Ukraynadakı silahlı münaqişəyə bənzər ssenari haqqında danışarkən bəyan edib.