03 avqust 2026 19:46
118

İnsan alverinə qarşı mübarizə

Bu başlıqlı maarifləndirici  tədbir  Masallı Tarix-Diyarşünaslıq Muzeyinin,  Rayon İcra Hakimiyyəti və Masallı Gənclər evinin birgə təşkilatçılığı, rayonda fəaliyyət göstərən Tibb Məktəbinin dəstəyi  sayəsində   muzeydə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq  Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü  Əntiqə Tağıyeva deyib- İnsan alveri    ən ciddi sosial problem olaraq bəşəriyyəti çox narahat edir.  Bu istiqamətdə maarifləndirmə işlərinin  aparılması müasir dövrün  əsas məsələdir.

Görüşdə Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbovun,  Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aybəniz Novruzovanın  və Masallı Gənclər evinin metodisti Tural Sadıqovun  çıxışlarında  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti vurğulanıb, insan alverinin qarşısının alınması, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi və aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi diqqətə çatdırılıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü