Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyulda icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
“İki sahil” xəbər verir ki, ANAMA-dan bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 614, tankəleyhinə 174 mina və 2106 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 8012,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb