03 avqust 2026 22:16
110

Lənkəranda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Lənkəran rayonu, Osaküçə kəndi istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

***

Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyinin “112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.