05 avqust 2026 22:13
116

Paytaxtda daha 3 yolu təmir edilir

Bakının daha 3 yol sahəsində təmir işlərinə başlanılır.

İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, aparılacaq təmir işləri ilə əlaqədar aşağıdakı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq:

• 14 İyul küçəsi (Suraxanı rayonu);

• Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsi (Yasamal rayonu);

• Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsi (Səbail rayonu).

Sözügedən küçələrdə hərəkət:

• 6 avqust saat 08:00-dan 7 avqust saat 22:00-dək qismən;

• 7 avqust saat 23:00-dan 10 avqust saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.