Avqustun 6-da Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
“İki sahil” xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 979 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 36 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.
Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tonadək “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.
Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb