07 avqust 2026 20:28
104

ADY Beynəlxalq Kitabsevərlər Gününü sərnişinlərlə birlikdə qeyd etdi

Bakı Dəmiryol Vağzalında Beynəlxalq Kitabsevərlər Günü sərnişinlərlə birlikdə qeyd edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, "Parlaq İmzalar Nəşriyyatı" ilə birgə Bakı Dəmiryol Vağzalında sərnişinlərə ədəbiyyatla bağlı maraqlı suallar ünvanlanıb. Sualları düzgün cavablandıran iştirakçılara kitablar hədiyyə edilib.

"Səfər öncəsi yaşanan bu xoş anlarla mütaliə sevincini bölüşdük, sərnişinlərimizin yoluna yeni hekayələr qatdıq.

Bütün kitabsevərləri təbrik edir, hər səfərin yeni bir kitabla, hər kitabın isə unudulmaz bir səyahətlə başlamasını arzulayırıq!", - məlumatda qeyd edilib.