09 avqust 2026 14:14
89

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2p.m. elektrik kabeli və 6 ədəd elektrik sayğacı yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.