Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 9 kafedra və 23 tədris laboratoriyası fəaliyyət göstərir. Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində, tədris laboratoriyalarında tədqiqat aparmaq imkanlarına malikdirlər.
Fakültədə Ümumi fizika və fizikanın tədrisi metodikası, Nəzəri fizika, Optika və molekulyar fizika, Yarımkeçiricilər fizikası, Maddə quruluşu, Fiziki elektronika, Bərk cisimlər fizikası, Astrofizika və Nanomaterialların kimyəvi fizikası kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə tədris laboratoriyalarında tələbələrin iştirakı ilə tədqiqatlar aparılır.
Bakalavriat səviyyəsində 3 ixtisas (“Fizika”, “Fizika müəllimliyi” və “Mühəndis fizikası”) üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
“Fizika” ixtisasında universal kadr hazırlığı aparılır, bu ixtisası bitirən tələbələr fizika sahəsi üzrə elmi-tədqiqat institutlarında, sənaye-texnoloji parklarda və digər sahələrdə çalışa bilərlər.
“Fizika müəllimliyi” ixtisasını bitirən məzunlar orta ümumtəhsil məktəblərində, liseylərdə Fizika fənnini tədris edə bilərlər.
“Mühəndis fizikası” ixtisasında fizika üzrə biliklərin tələb olunduğu sənaye sahələri üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlığı aparılır.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.
“Məişət zorakılığının qarşısının alınması və mühafizə orderinin tətbiqi mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub
Dünyanın daha çox kosmosa ehtiyacı var: Azərbaycan üçün bu çağırış nə deməkdir?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb